Cümə günü Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Bildirilir ki, Türkiyə nümayəndələri həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər. **
F.İsazadə