“AzerGold” QSC 2018-ci ildə Balakən rayonunda Mazımçay mis yatağında qiymətləndirmə işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“1984-2000-ci illərdə yatağın qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmiş resursları 414,4 min ton təşkil edən orta miqyaslı Mazımçay yatağının filizlərində mis üstünlük təşkil edir. “AzerGold” tərəfindən tərtib edilmiş proqrama uyğun olaraq Mazımçay yatağında nəzərdə tutulan yoxlama xarakterli qiymətləndirmə işləri 2018-ci ildə tamamlanacaq”, - şirkətdən qeyd ediblər.
Hazırda yatağın yaxın gələcəkdə istismarı üçün hazırlıq işlərinə başlanılıb.
Mazımçay mis yatağı Filizçay yatağının 2-3 km yaxınlığında yerləşir. **
N.Abbasova