Hazırda Çexiyada 200 azrəbaycanlı tələbə təhsil alır. Bunu Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyev məlumat verib.
“Burada, xüsusilə digər ölkələrlə müqayisə etsək, kiçik diasporamız var. Statistikaya əsasən, Çexiyada 700-ə yaxın vətəndaşımız yaşayır, onların təxminən 200 nəfəri tələbədir”, - F.Şəfiyev Çexiyanın 420on.cz informasiya portalına müsahibəsində bildirib. Lakin, buna baxmayaraq, diplomatın sözlərinə görə, cari ilin iyun ayında diasporun səyləri ilə bu ölkədə Çexiya-Azərbaycan Kommersiya Palatasının açılışı olub. Palata fəaliyyətini fəal inkişaf etdirmək niyyətindədir.
“Ümumilikdə, gələn ilə planlarımız böyükdür - Azərbaycan Demokratik Respublikasının təsis olunmasının 100 illiyi olacaq. Faktiki olaraq, ölkənin müstəqilliyi bayram ediləcək”, - o qeyd edib.
F.Şəfiyev vurğulayıb ki, bu günə Azərbaycandan böyük sayda miqrasiya yoxdur. **
F.İsazadə