ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinq keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller,
Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçirəcəklər.*
A.Əzizov