İslam dünyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bunu Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Tağı Xəlili deyib.
“Bütün islam dövlətləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirlər və bu dəstəyi davam etdirəcəklər”, - M.T.Xəlili bu gün Bakıda mətbuat konfransında bildirib.
O qeyd edib ki, əfqan xalqı Dağlıq Qarabağ münaqişəsinin ilk günündən azərbaycanlıların faciəsinə şərik çıxdı.
“Bu faciənin ilk günündən əfqan xalqı azərbaycanlıların yanında olub. Müxtəlif təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində Əfqanıstan Azərbaycanla birgə mövqedən çıxış edir. Biz beynəlxalq terrorçuluğa qarşıyıq və onun istənilən təzahürünü pisləyirik”, - səfir vurğulayıb. **
R.Babayev