“Sumqayıt Kimya Sənaye Parkı” MMC Mingəçevir Sənaye Parkı ərazisində kommunal və yol infrastrukturunun yaradılması üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçir.
Seçim kotirovka sorğusu üsulu ilə həyata keçirilir.
Şərtlərə əsasən iddiaçılar 14,8 ha ərazidə müvafiq infrastrukturun, o cümlədən elektrik şəbəkəsi, qaz xətti, hasar və nəzarət məntəqələri, içməli və texniki su xətləri və s.-nin yaradılması üzrə layihə-smeta sənədləri hazırlamalıdırlar.
Təkliflər 2017-ci il dekabrın 4-dək qəbul olunacaq, tender proseduru dekabrın 5-də keçiriləcək.
Seçimdə iştirak haqqı 400 manatdır.
Əlaqə telefonu: 012488 80 85.*
B.Rüstəmbəyov