Bakı və Kabil iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradılacaq.Bunu Əfqanıstanın Bakıdakı səfiri Məhəmməd Tağı Xəlili deyib.
“Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaqlar. İşçi qrupunun birinci iclası 2018-ci ilin əvvəlində keçiriləcək”, - M.T.Xəlili bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kabil Bakı-Tbilisi-Qars dəmir yolunun yaradacağı imkanlardan yararlanmağa hazırdır.
Bundan əlavə, diplomat hesab edir ki, BTQ ilə “Lapis Lazuli” layihəsi çərçivəsində yüklərin daşınması həyata keçirilə bilər.
Xəbəe verildiyi kimi, noyabr ayının əvvəlində Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan “Lapis Lazuli” tranzit nəqliyyat dəhlizinin yaradılmasına dair saziş imzalayıblar. **
R.Babayev