2006-2017-ci illərdə “Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin agent bankları tərəfindən 20,768 min ipoteka krediti verilib.
Fondun saytında dərc edilmiş məlumata görə, bu günədək AİF-in xətti ilə 907 mln. 640,407 min manat məbləğində ipoteka krediti verilib.
Son həftə ərzində agent banklar ümumilikdə 4 mln. 835,35 min manat məbləğində ipoteka krediti verib.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
A.Əzizov