“Azər-Türk Bank” “Zoloyata Korona” beynəlxalq pul köçürmələri sisteminə qoşulub. Bu barədə sistemdən məlumat verilib.
“Azər-Türk Bank” “Zoloyata Korona” sisteminin yeni iştirakçısı oldu. Artıq, bankın Bakı, Gəncə, Şirvan, Naxçıvan, Qəbələdə yerləşən 12 ofisində “Zolotaya Korona” təcili pul köçürmələrini həyata keçirmək mümkündür”, - məlumatda deyilir.
“Zoloyata Korona” pul köçürmələri üçün “Azər-Türk Bank” məntəqələrində ABŞ dolları, avro, rubl və manat valyutaları isifadə olunur. Köçürmələr üzrə tarif, məbləğdən və tranzaksiyanın istiqamətindən asılı olaraq, məbləğin 1%-ni təşkil edəcək.
Həmçinin“Azər-Türk Bank”da xüsusi 0% tarifi qüvvədədir. Köçürmə, digər bir valyutaya konvertasiya ilə həyata keçirilən zaman komissiya haqqı ödənilməyəcək. **
N.Abbasova