2018-ci ildəİşsizlikdən Sığorta Fondundan 36 mln. manata yaxın məbləğ özünüməşğulluq proqramının reallaşdırılmasına yönəldiləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov kollegiya iclasında deyib.
“İşsizlikdən Sığorta Fonduna 2018-ci ildə toplanan vəsaitin 35,8 mln. manatı və ya 40%-i özünüməşğulluq proqramına, 1 mln. 613 min manatı peşə hazırlığı və əlavə təhsilə yönəldiləcək”, - nazir bildirib.
O cümlədən, 2018-ci ildə Fonddan 120 min manatın əmək yarmarkaları və əmək birjalarının təşkil olunmasına yönəldilməsi nəzərdə tutulur.
1 yanvar 2018-ci il tarixindəın etibarən Azərbaycanda "İşsizlikdən sığorta haqqında" qanun tətbiq olunacaq.
İşsizlikdən sığorta bu qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Qanun layihəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib.
İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.
Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%. **
B.Rüstəmbəyov