Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən cənub bölgəsində narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
“Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhədçilər dövlət sərhədinin pozulmasına və hadisə yerindən qaçmağa cəhd edən İran vətəndaşları Sasanian Vəhdət və Qəvipur Xotpesaranı yaxalayıblar”, - məlumatda deyilir.
Saxlanılarkən İran vətəndaşlaerının üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub. **
R.Babayev