Cari il dekabr ayının 1-dən Bakı Dövlət Universitetinin əməkdaşlarının maaşı artırılacaq. Bu barədə BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilir
“Bakı Dövlət Universiteti rektorluğunun 24 noyabr tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib. Qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və “Gənc istedadlar” liseyi kollektivinin əmək haqqı dekabr ayının 1-dən 130-manatadək artırılıb. Artım ümumilikdə universitetin 3 mindən çox əməkdaşına şamil edilib”, - məlumatda deyilir.
“Bundan əlavə, hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq fərqlənmiş əməkdaşların əmək haqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses təxminən 300 nəfərə şamil olunur”, - məlumatda qeyd edilir. **
R.Babayev