Energetika nazirinin müavini Natiq Abbasov 28-29 noyabr tarixlərində Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.
“Konfrans çərçivəsində “Davamlı enerji gələcəyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün investisiyaların təşviqi” mövzusunda nazirlərin görüşü də nəzərdə tutulub”, - məlumatda deilir.
Tədbirdə əməkdaşlıq, davamlı enerjinin təminatı, enerji nəqli marşrutlarının təhlükəsizliyi və diversifikasiyası kimi məsələlər müzakirə ediləcək.
Konfransın yekunlarına dair Bəyannamə qəbul olunacaq. **
N.Abbasova