Azərbaycan hökuməti 2026-cı ilədək yaş barama istehsalını 6 min tonadək artırmağı planlaşdırır.
Bu, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Görülən tədbirlər nəticəsində 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilib.
Beləliklə, 2018-2025-ci illərdə respublikada yaş barama istehsalının 24,4 dəfə artırılması planlaşdırılır.
Respublikada ipəkçiliyin inkişafına nail olmaq məqsədilə 2018-2019-cu illərdə barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, 2018-2025-ci illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, baramaçılığın və ipəkçiliyin infrastruktur təminatının yaxşılaşdırılması, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi, baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilməsi, ipək məhsullarının ixracının təşviqi planlaşdırılır.*
A.Əzizov