27 noyabr tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) kredit təşkilatlarının kapital bazarlarında birbaşa iştirak etməsi məsələsinin müzakirəsi məqsədilə bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş təşkil edildi.
“Görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirildi”, - məlumatda deyilir.
Qeyd olundu ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər. **
A.Əzizov