6-7 dekabr tarixlərində Bakıda ilə “Azərbaycan:Avrasiyaya yeni körpü” adlı forum keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
“Bu ən iri Xəzər Dənizi və Mərkəzi Asiya Dəmir Yolu tədbiridir. Forumda Xəzər Dənizi və Mərkəzi Asiya regionlarının nazirlikləri, nəqliyyat operatorlarının rəhbərləri və podratçıları iştirak edəcəklər”, - ADY-dən bildirilib.
600-dən artıq nüfuzlu və yüksərütbəli nümayəndələrin iştira edəcəyi təbirin əsas ideyası hökumətlərin, milli dəmir yolları şirkətləri və podratçıların regional dəmir yolu infrastrukturunun planlaşdırılması, tikintisi, modernləşməsi, idarə olunması və xidmət edilməsi zamanı tətbiq etdiyi inqilabi üsulların müzakirəsidir. **
A.Əzizov