Dekabrın 7-də Bakıda Azərbaycan-Belarus İşgüzar Görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Gələn həftə Belarusun Qrodno şəhərində sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olacaq. Dekabrın 7-də Azərbaycan və Belarus iş adamlarının işgüzar görüşü keçiriləcək”, - Fonddan qeyd olunub.
Belarus nümayəndə heyətinə 7 şirkətin nümayəndələri daxil olacaq. **
B.Rüstəmbəyov