SOCAR-AQŞ “Günəşli” yatağındakı quyuda qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
324 nömrəli quyu 7 nömrəli stasionar dəniz özülündən qazılacaq. Quyunun layihə dərinliyi 2750 metr təşkil edir və onun Balaxanı X horizontuna qazılması planlaşdırılır.
Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.*
N.Abbasova