Çərşənbə axşamı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ilk yük qatarı Türkiyədən Azərbaycana göndəriləcək. Bu barədə Türkiyənin Milliyet qəzetində məlumat verilir.
“İlk qatar çərşənbə axşamı Türkiyənin Mərsin şəhərindən Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndəriləcək. 32 konteynerli 16 vaqondan ibarət qatar 650 ton soya cecəsi və keramiya yapışdırıcısı ilə yüklənib. Qatar Bakıya 4 günə 2,1 km yol qət edəcək”, - nəşr qeyd edir.
Qatar Yenice dəmir yolu stansiyasından yola salınacaq.
Xəbər verildiyi kimi, oktyabrın 30-da Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycandan Türkiyəyə bu istiqamətdə yola salınan 30 konteynerli 15 vaqondan ibarət ilk yük qatarı BTQ dəmir yolu ilə noyabrın 4-də Mərsin şəhərinə çatıb. Bu qatarla Mərsinə 900 ton taxıl göndərilib. **
N.Abbasova