Əsgər Bəhruz Cəlilbəylinin Ermənistan-Azərbaycan sərhədində tapılmış cəsədi bu gün Azərbaycan tərəfinə təhvil verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
"Əsgər B.Cəlilbəylinin cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Azərbaycan tərəfinə təhvil verilib”, - deyə məlumatda bildirilir.
Prosesdə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.*
R.Babayev