Ötən gün ərzində Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
84 cinayət faktı qeydə alınıb, onların 10-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 59 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.**
F.İsazadə