Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana yeni təyin olunmuş fəxri konsulu Ceyhun Ələkbərov patent sənədini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadəyə təqdim edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş əsnasında C.Ələkbərov Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. **
F.İsazadə