Sahibkarlığa Kömək Milli Fondu indiyədək çörək zavodlarının tikintisinə 54 mln. manat məbləğində güzəştli kredit ayırıb. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“SKMF indiyədək 30 zavodun tikintisinə 54 mln. manat məbləğində kredit ayırıb. Həmin müəssisələrin ümumi dəyəri 113,3 mln. manat təşkil edir”, - Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, bu zavodların gündəlik istehsal gücü 827,6 ton təşkil edir. Bütövlükdə, Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. **
B.Rüstəmbəyov