2018-ci ilin yanvar ayında Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Rumıniya-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
Onun sözlərinə görə, iclas əlaqələrin iqtisadi sahədə daha da genişlənməsinə və yeni hədəflərin müəyyənləşməsinə təkan verəcək.
Komissiyanın sonuncu iclası 2009-cu ilin iyul ayında Bakıda keçirilib. Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.*
A.Əzizov