2018-ci ildə 6 yeni mərkəzi rayon xəstəxanası açılacaq. Bunu prezident İlham Əliyev deyib.
“Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il 6 yeni mərkəzi rayon xəstəxanası açılacaq”, - deyə o, noyabrın 28-də Sabirabad rayonuna səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında bildirib.
Dövlət başçısının sözlərinə görə, 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək.*
R.Babayev