Vergilər Nazirliyi "Neftchala Fish Factory" MMC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Şirkətin nizamnamə kapitalı 310 min manata bərabərdir. Rəsmi nümayəndəsi Nəriman Sərdarlıdır.
Bundan başqa, "Company Pioneers Day Caspian"ı 310 min manat məbləğində nizamnamə kapitalı Vergilər Nazirliyində qeydiyyata alınıb. Şirkətin rəsmi nümayəndəsi İran vətəndaşı Zeynalı Tarqi Məhəmmədrezadır.
Hər iki şirkət 2017-ci il avqustun 8-də qeydiyyata alınıb.*
A.Əzizov