2018-ci ilin may ayında Sumqayıtda poliprolipen istehsalı zavodunun istifadəyə verilməsi planlaşdırılır. Bunu SOCAR GPC-nin baş direktorunun müavini Fuad Əhmədov deyib.
“Hazırda zavodun tikinti layihəsi çərçivəsində işlərin 94%-i başa çatıb. Müəyyən qurğulara dair sınaq işləri və qismənişə salınmasıvəsazlamaəməliyyatları artıq başlanıb. 2018-ci ilin II rübündə, təxminən may ayında zavodun istismara verilməsi planlaşdırılır”, - F.Əhmədov bu gün Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında vurğulayıb.
Onun sözlərinə görə, yüksək sıxlıqlı polietilen zavodunun tikinti layihəsi çərçivəsində işlərin 81,4%-i başa çatıb. Avadanlığın istehsaı və tikinti yerinə tədarükü işlərinin 62,3%-i yerinə yetirilib. “2018-ci ilin III rübündə, oktyabr ayına qədər zavodun istismara verilməsi planlaşdırılır. Hər ii layihənin icrası büdcə çərçivəsində həyata keçirilir. Yerli bazarlara istehsal olunan məhsulların 25%-nin tədarükü nəzərdə tutulur. Qalan məhsullar Türkiyə, Avropa və MDB ölkələrinə ixarc olunacaq”, - F.Əhmədov qeyd edib.
Xəbər verildiyi kimi, Yüksək Sıxlıqlı Polietilen Zavodununillik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. **
N.Abbasova