Azərbaycan 3-7 dekabr tarixlərində Dubay şəhərinə (Birləşmiş Ərəb Əmirliyi) ixrac missiyası təşkil edəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İxrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndələri daxil olacaq”, - məlumatda deyilir.
Azərbaycan şirkətləri 5-7 dekabr tarixlərində Dubayda keçiriləcək Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"da da iştirak edəcəklər.
Bu, Azərbaycanın təşkil etdiyi 12-ci ixrac missiyasıdır.
2016-cı ildə Azərbaycan ixrac tədarükünün artırılması məqsədilə ixrac missiyalarının təşkilinə başlayıb. **
A.Əzizov