Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Guliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq. Bu barədə QHTDDŞ-nin mətbuat xidmətindən məlumat verilib.
“29-30 noyabr tarixlərində səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək”, - məlumatda deyilir.
Nümayəndə heyətinə Azərbaycan Hüquqşünaslar Konfederasiyasını sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, “Azərbaycan Rus Gənclər Assosiasiyasının” sədri Roman Boriskin və b. daxildir. **
R.Babayev