“İsmayıllı Tikinti27”ASC-nin 1 saylı filialıQobustan şəhərində abadlıq işləri həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
İşlərin sifarişçisi qismində Qobustan Rayon İcra Hakimiyəti çıxış edir.
Müqavilənin dəyəri 2 mln. 965,347 min manat təşkil edir.
Ərazidə abadlıq işlərinin icrasına dair müqavilə noyabrın 25-də imzalanıb.
Xəbər verildiyi kimi, 3 oktyabr 2017-ci il tarixində Azərbaycan prezidenti İlahm Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb. **
R.Babayev