Sumqayıt Karbamid Zavodunun tikinti işlərinin 94,7%-i başa çatdırlıb. Bunu zavodun baş direktoru Xəyal Cəfərov bu gün Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında çıxışında deyib.
“Hazırda Karbamid Zavodunun tikintisi çərçivəsində layihə işləri 100%, tikinti işləri 94,7%, quraşdırılma işləri 91,7% həyata keçirilib. Ümumilikdə, layihə üzrə işlərin 98,4%-i reallaşdırılıb”, - X.Cəfərov bildirib.
Onun sözlərinə görə, zavoda xammalın verilməsi sisteminin quraşdırılması artıq başa çatdırılır. 2017-ci ilin dekabr ayında quraşdırılma işləri də tamamlanacaqş 2018-ci ildə zavod istifadəsi üçün SOCAR-a təhvil veriləcək,
X.Cəfərovun məlumatına görə, zavodda 400-450 nəfər çalışacaq. **
N.Abbasova