Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz bu gün Azərbaycana rəsmi səfərə gəlib.
“Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Səfər dekabrın 1-dək davam edəcək.*
A.Əzizov