30 noyabr tarixində Bakı şəhərində Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mevlüt Çavuşoğlu və Havaca Məhəmməd Asifin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“İlk fədə Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”, - məlumatda deyilir.
Görüş “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransı çərçivəsində baş tutacaq. **
R.Babayev