Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş siyasi və iqtisadi sahələrdə ikitərəfli əlaqələri genişləndirməyə imkan yaradacaq. Prezident İlham Əliyev belə hesab edir.
“Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparılır və bu sənəd əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcək”, - İ.Əliyev Xorvatiyanın baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Martina Daliç ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident Bakı iıə Zaqreb arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyib.
İ.Əliyev müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğuladı.
M.Daliçölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək,sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. **
R.Babayev