Kosta Rikanın Azərbaycanda səfirlik açması ikitərəfli münasibətlərin genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Kosta Rikanın Azərbaycanda səfirlik açmasının önəmini qeyd etdi və səfirliyin fəaliyyətinin həm ikitərəfli münasibətlərin genişləndirilməsi, həm də regional əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcək”, - İ.Əliyev Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Öz növbəsində, M.Q.Sanz qeyd edib ki, Kosta Rika Azərbaycanı “regionda əsas tərəfdaşı kimi qəbul edir”.
O vurğulayıb ki, Kosta-Rika Azərbaycan vasitəsilə regional əməkdaşlıq həyata keçirmək əzmindədir. Nazirin sözlərinə görə, Bakıda səfirliyin açılması ölkəsinin strateji qərarıdır.
Görüş zamanı iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, ticarət əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Çərşənbə günü Kosta Rikanın Azərbaycanda səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. **
R.Babayev