2018-ci ildə “Azərkimya” İstehsalat Birliyinin ərazisindəki (İB) enerji qurğusunun gücü iki dəfə artırılacaq. Bu barədə birliyin Modernizasiya və yenidənqurma şöbəsinin rəisinin müavini Fəzail Yusifovməlumat verib.
«Hazırda “Azərkimya” İB-nin müəssisələrini elektrik enerjisi ilə təmin edən enerji qurğusunun gücü 32 MVt təşkil edir. 2018-ci ildə daxili ehtiyatların hesabına enerji qurğusunun gücü 64 MVt-a çatdırılacaq», - deyə o, bu gün "Xəzər və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası" konfransında bildirib.
F.Yusifovun sözlərinə görə, Almaniya şirkətlərindən biri ilə müvafiq müqavilə imzalanıb.*
B.Rüstəmbəyov