İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşündə iştirak edəcək.
"İqtisadiyyat naziri Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin noyabrın 30-da İstanbulda keçirilən VII görüşündə iştirak edəcək”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Səfər zamanı nazir bir sıra ikitərəfli görüşlər keçirəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin əvvəlki iclası 20-21 dekabr 2016-cı il tarixində Bakıda təşkil olunub.*
A.Əzizov