Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans tezliklə San-Xosedə Azərbaycanın səfirliyinin açılacağına ümid edir.
“Tezliklə San-Xosedə Azərbaycanın səfirliyinin açılacağına ümid etmək istərdim”, - M.Q.Sans bu gün Bakıda Kosta-Rikanın səfriliyinin açılış mərasimində bildirib.
O, Kosta-Rikanın Azərbaycanda səfriliyinin açılışını “sevindirici hadisə” adlandırıb. “Son zamanlar ikitərəfli münasibətlərimiz sürətlə inkişaf edir. Biz Azərbaycanı regionumuzda çox vacib və strateji təırıfdaş kimi görmək istəyirik”, - nazir əlavə edib.
M.Q.Sans vurğulayıb ki, Aaərbaycanla Kosta-Rika arasında “yaxşı münasibətlər qurulur”.
“Azərbaycanda səfirlik açan ilk Şimal Amerika dövlətiyik”, - nazir bildirib.
O, Bakı ilə San-Xose arasında ikitərəfli ticari əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. “Kosta-Rika açıq ölkədir. Biz, siyasi, sosial və ticarət nöqteyi-nəzərindən stabil dövlətik. Azərbaycana səfir təyinatını gözləyirik”, - M.Q.Sans deyib.
Nazirin sözlərinə görə, ilk zamanda Kosta-Rika Azərbaycanda müvəqqəti işlər vəkili ilə təmsil olunacaq. “Səfirin gələn il ərzində təyin olunacağına ümid edirəm”, - nazir vurğulayıb. **
R.Babayev