Dekabrın 29-da “VTB Bank (Azerbaijan)” ASC-nin səhmdarları növbədənkənar ümumi iclasda nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəklər. Bu barədə bankdan məlumat verilib.
“Dekabrın 29-da bankın səhmdarlarının növbədənkənar ümumi iclası keçiriləcək. İclasda nizamnamə kapitalının artırılması və bankın Nizamnaməsinə dəyişikliklərin daxil edilməsi məsələləri müzakirə olunacaq”, - məlumatda qeyd olunur.
Hazırda “VTB Bank (Azerbaijan)”ın nizamnamə kapitalı 50 mln. 815 min manata bərabərdir. **
A.Əzizov