Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası bu gün Bakıda Azərbaycan hökuməti ilə fondun IV maddəsi üzrə illik məsləhətləşmələrə başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fondun Bakı ofisindən məlumat verilib.
"BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi 30 noyabr-14 dekabr tarixlərində respublika hökuməti ilə IV maddə üzrə illik məsləhətləşmələr aparacaq", – deyə məlumatda bildirilir.
Xüsusilə 2018-ci il dövlət büdcəsinin layihəsi, ortamüddətli makroiqtisadi proqnozlar, iqtisadi islahatlar müzakirə olunacaq.*
A.Əzizov