Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los-Anceles Konsulluq Korpusunun sədri təyin olunub.
“Noyabrın 29-da N.Ağayev artıq səlahiyyətlərinin icrasına başlayıb”, - Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundanməlumat verilib.
LAKK ABŞ-ın Los-Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu-York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.
N.Ağayev noyabrın 29-daLos-Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq, Los-Anceles şəhərində Konsulluq Korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib. **
R.Babayev