Bakı Nəqliyyat Agentliyi birsəviyyəli piyada keçidləri və səkilərdə pandusların yaradılması və rəqəmsal coğrafi xəritələrindən əldə olunan məlumatların təhlilinə 4 mln. 192 min 678,5 manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“BNA Bakının inzibati ərazisində birsəviyyəli piyada keçidləri və səkilərdə pandusların yaradılması üçün podratçı qismində ECON şirkətini seçib. Noyabrın 29-da şirkətlə 2 mln. 664 min 786,84 manat məbləğində müqavilə imzalanıb”, - nazirlikdən qeyd olunub.
Bundan əlavə, BNA coğrafi xəritələr əsasında əldə olunan informasiya məlumatlarının təhlili və inkişafı üçün GIS proqram təminatının tədarükçüsü qismində “Sinam” MMC-ni cəlb edib.
Noyabrın 29-da imzalanan müqavilənin dəyəri 1 mln. 527 min 891,96 manata bərabərdir. **
N.Abbasova