2018-ci ildə İslamabadda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Növbəti görüşün 2018-ci ildə Pakistanda keçirilməsinə dair razılğa gəldik. Görüşün tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək”, - M.Çavuşoğlu bu gün Bakıda bəyan edib.
Bakıda Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Xavaca Məhəmməd Asif və Mövlud Çavuşoğlunun iştirakı ilə I üçtərəfli görüşükeçirilir.
Bakıda görüşün yekunlarına dair nazirlər Bəyannamə imzalayıblar. **
F.İsazadə