Ankara, Bakı və İslamabad müdafiə və terorçuluqla mübarizə sahəsində əməkdaşlığı aktivləşdirməlidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə hesab edir.
“Müdafiə və müdafiə sənayesi sahəsində biz rəqib deyilik. Əksinə, bir-birimizi tamamlaya bilərik. Bu səbəbdən həmin sahədə əməkdaşlığa dair yaxşı imkanlarımız var”, - M.Çavuşoğlu bu gün Bakıda Azərbaycan-Türkiyə-Pakistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, üç ölkə müdafiə sənayesinin inkişafı sahəsində müəyyən nailiyyələtlər əldə edib.
Bununla belə, o əlavə edib ki, Azərbaycan və Tütrkiyə Pakistandan təlim təyyarələri almağı planlaşdırır.
M.Çavuşoğlu vurğulayıb kii, Türkiyə və Pakistan terrorçuluq problemi ilə üzləşir. “Hesab edirəm ki, ölkələırimiz bu problemlə mübarizədə birgə səyləri aktivləşdirməlidir”, - o əlavə edib.
F.İsazadə