Bakı İslamabaddan təlim təyyarələrinin alınmasını davam etdirəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Yaxın zamanlarda təlim təyyarələrinin alınmasına dair Pakistanla müqavilə imzalamamız mümkündür”, - E.Məmmədyarov bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan ərazləri işğal altındadır, “buna görə hərbi sənaye bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
Xəbər verildiyi kimi, cari ilin iyul ayında Bakı və İslamabad arasında 10 ədəd “Super Muşak” təlim-məşq təyyarəsinin Azərbaycan HHQ-yə verilməsi barədə saziş imzalanıb. Təyyarələr Azərbaycan Hərbi Hava Qüvvvələrinin pilotlarının təlimləri üçün alınıb. Müqavilə ilə həmçinin təyyarələrə gələcəkdə texniki xidmət göstərilməsi və pilotlara praktiki hazırlıqda kömək edilməsi nəzərdə tutulur. **
F.İsazadə