Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində dekabrın 6-da Ermənistan XİN rəhbəri Edvard Nalbandyan və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçiriləcəyini bəyan edib.
“Dekabrın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri ilə görüş planlaşdırılır. Ümid edirəm ki, görüş nəticələrindən razı qaldığımız Moskva görüşü (noyabrın 16-da - İF) kimi səmərəli olacaq”, - E.Məmmədyarov bu gün mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, görüş Vyanada ATƏT XİNŞ çərçivəsində keçiriləcək.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu öz növbəsində bəyan edib ki, “Ankara Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanı razı salacaq formulasında nizamlanmasını dəstəkləyəcək”. **
F.İsazadə