Bakı, Ankara və İslamabad öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməsinin yolverilməz olduğunu bəyan edirlər. Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekunlarına dair qəbul edilmiş Bakı Bəyannaməsində deyilir.
“Öz ərazilərimizdən bir-birimizə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyinin qeyri-mümkünlüyünü bəyan edirik”, - deyə sənəddə qeyd olunur.
Nazirlər, həmçinin dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan ediblər.*
R.Babayev