Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“1 milyon ədəd tut tingi noyabrın 29-da Bakıya gətirilib. Tinglərdən ibarət yüklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaq”, - deyə məlumatda bildirilir.
Gətirilmiş tinglər fitosanitar baxışdan keçirilib və bu gündən artıq rayonlarda əkininə başlanılıb.*
B.Rüstəmbəyov