Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üçün şirkət seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB əməkdaşlarının tibbi sığortası üzrə şirkət seçimi üzrə tenderin qalibini seçib”, - bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, tenderin nəticələrinə görə, “PAŞA Sığorta” şirkləti tibbi sığortaçı müəyyən olunub.
“Şirkət artıq tibbi sığorta üzrə xidmətin göstərilməsinə başlayıb və 12 ay müddətində bu xidmətləri göstərəcək”, - AMB-dən məlumat verilib.
İndiyədək AMB-nin əməkdaşlarına “AXA Mbask” şirkəti tərəfindən tibbi sığorta xidmətləri göstərilirdi. **
A.Əzizov