2017-ci ilin yanvar-noyabr aylarında manat dollara qarşı 3,99% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Noyabr ayında manatın dollara qarşı məzənnəsi 0,0059% möhkəmlənib (oktyabr ayında manatın dollara qarşı məzənnəsi sabit qalıb).
Noyabrda manatın dollara qarşı orta məzənnəsi 1,7002 AZN/$1 təşkil edib ki, bu da oktyabr ayında qeydə alınmış göstəriciyə müvafiqdir.
Yanvar-noyabr aylarında manat avroya qarşı 8,17%, noyabrda 2,02% ucuzlaşıb (oktyabrda manat avroya nisbətən 1,3% möhkəmlənib).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.*
A.Əzizov